Gürcüstanda xristian və müsəlmanlar arasında dava
01.03.2016 755 0.0 0


Gürcüstanda müsəlmanlar və  xristianlar arasında dava  düşüb.  Məlumata görə, hadisə Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayonunda baş verib.

Qarşıdurmaya səbəb kimi 30 il əvvəl  Adigeniyə rayonuna köçürülən müsəlmanlarla bağlı olub. Məlumata görə, Acarıstandan torpaq uçqunu nəticəsində evsiz qalan onlarla ailə köçürülüb. İslam dininə inanan köçkünlərin yerli əhali ilə ilk vaxtlar problemləri olmayıb. Həmçinin ilk vaxtlar xristianlarla və müsəlmanlar  bir qəbiristanlıqda dəfn ediliblər.


Amma daha sonra bu yerli sakinlər tərəfindən qəbul edilməyib. Çünki islam dinində xristianların və müsəlmanların eyni qəbiristanlıqda dəfn edilməsi qəbul edilmir.

Bir müddət əvvəl Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması haqqında qərarından sonra iki dinin nümayəndələri arasında müəyyən narazılıq yaranıb. Xristian dinin nümayəndələri müsəlmanların Adigeni rayonunda daimi qalacaqlarından narahat olublar. 


Etiraz edən xristianlarla müsəlmanlar arasında baş verən qarşıdurma zamanı 3 nəfər müsəlman döyülüb. Hadisədən sonra saxlanılanların olduğu bildirilir.

Bu Gürcüstanda müsəlmanlar və xristianlar arasında baş verən ilk toqquşma deyil. Müsəlmanlar idda edirlər ki, onların dini inanclarına hörmət qoyulmur.

Bir müddət əvvəl elə Adigeni rayonunun Moxe kəndində yerli müsəlmanlarla xristian əhali arasında qarşıdurma yaşanıb. Ərazidə yaşayan Axıska türklərindən ibarət müsəlmanların narazılığına səbəb kəndin köhnə məscidinin yox edilməsi fikridir.

İnsident zamanı polisə müqavimət göstərən və xidməti polis avtomobillərinə zərər vuran 14 Axıska türkü saxlanılıb. Adigeni rayon məhkəməsində keçirilən prosesdə 11 nəfər pul müqabilində inzibati azadlığa buraxılsa da, digər 3 nəfər, 3 ay müddətinə həbs edilib.

Onlar xuliqanlıq və polisə itaətsizlik maddələri ilə ittiham olunurlar. İnsident zamanı bir müsəlmanın da xəsarət aldığı deyilir. Hadisədən dərhal sonra xüsusi iclas keçirən ölkənin baş naziri İrakli Qaribaşvili yaşananlara aydınlıq gətirməyə çalışıb.

 


Həmin vaxt hadisəyə Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili də münasibət bildirmişdi. O bildirib ki, yerli xristianlar həmin məscidin gürcü provaslav kilsəsinin xarabalıqları üzərində tikildiyini iddia edirlər:

“Münaqişədən qaçmaq üçün binanın bərpa edilərək kitabxanaya çevrilməsi qərara alınıb ki, hər iki dinin təmsilçiləri istifadə edə bilsinlər. Əlbəttə ki, kəndin müsəlman icmasının xahişi regionun müftisi tərəfindən mənə çatdırılıb. Lakin məsələ mübahisəli olduğuna görə bu işə xüsusi dini məsələlər agentliyi tərəfindən baxılmalı və hökumətə tövsiyyələr təqdim edilməlidir”.

 

İrakli Qaribaşvili - Gürcüstanın sabiq baş naziri 

1924-1937-ci illərdə fəaliyyət göstərən məscid sonradan sovet hökumətinin qərarı ilə bağlanaraq mədəniyyət evinə çevrilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar