Gürcüstanda müxalifətçilər hakim partiyadan olan deputatların ofislərini qıfıllayırlar
22.11.2019 485 0.0 0

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası və ictimai fəallar hakim Gürcü Arzusu Partiyasından olan majoritar deputatların ofislərini qıfıllamağa başlayıblar.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, digər müxalif Vahid Milli Hərəkat Partiyasının üzvləri də aksiyaya qoşulublar.

Bir neçə deputatın ofisinin qarşısında müxalifətçilər və polis arasında qarşıdurma baş verib. Etirazçılar bəzi deputatların ofislərinin qapılarından qıfıl asmağa müvəffəq olublar.

Qeyd edək ki, qonşu ölkədə etirazlar noyabrın 14-dən etibarən başlayıb. Buna səbəb hakim Gürcü Arzusu Partiyasının təşəbbüskarı olduğu proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanunun parlamentdə qəbul edilməməsi olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar