Gürcüstanda beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
28.08.2016 772 0.0 0

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul polis departamenti və “İnterpol”-un Tiflis bürosunun əməkdaşları Azərbaycan vətəndaşı Əziz  M.-ni saxlayıb.

Məlumata görə, Gürcüstan  Daxili İşlər Nazirliyi Əzilz M. barədə “İnterpol”-un Paris Bürosunun axtarış elan etdiyini açıqlayıb.

 

Əzilz M. Gürcüstana daxil olarkən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2014-ci ildən axtarışda olan 1970-ci il təvəllüdlü Əziz M. Fransanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət törətməkdə ittiham edilib. O, ehtiyatsızlıq edərək adam öldürməkdə, gəmi kapitanının qaçmasına yardım etməkdə və  fəlakətə düçar olanlara yardım etməməkdə şübhəli sayılır.

 

Hazırda M. Əziz ilə bağlı ekstradisiya proseduru həyata  keçirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar