Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda etiraz aksiyası keçirilib
17.08.2017 942 0.0 0

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib.

 

Məlumata görə, etirazçılar hakim “Gürcü arzusu” partiyasından yerli idarəetmə orqanlarına seçkilərdə rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər.

 

 

Aksiya iştirakçıları bildiriblər ki, yerli mətbuat hakim partiyanın Qardabani rayonunun icra başçısı vəzifəsinə başqa namizədi irəli sürəcəyi barədə məlumat yayıb. Onların sözlərinə görə, hazırkı icra başçısının rəhbərliyi altında Qardabani rayonunda və kəndlərdə bir sıra abadlıq işləri həyata keçirilib.

 

Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərini bildiriblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar