Gürcüstanda Azərbaycan vətəndaşı öldürüldü-250 min dollar oğurlandı
24.03.2015 1048 0.0 0
Nəriman Mustafayevin üzərində olan 250 min dollar oğurlanıb
 

 

Qazax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə martın 22-də səhər 09.00 radələrində Gürcüstanın Rustavi şəhərinin Yağlıca aşırımında qeydə alınıb.

 

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Nəriman Babək oğlu Mustafayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Bildirək ki, hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, qətlə yetirilən 35 yaşlı Qazax rayon sakini Nəriman Mustafayev dost-tanışından topladığı manat əsginasları dollarla dəyişmək üçün Gürcüstana gedib.

 

Martın 22-də N.Mustafayev gürcü dostu ilə birlikdə Azərbaycana gələrkən Gürcüstan Respublikasının Rustavi şəhəri yaxınlığında, Yağlıca aşırımı adlanan ərazidə onların olduğu avtomobil naməlum avtomobil tərəfindən vurulub. Maşını saxladıqdan sonra bir neçə nəfər onlara hücum edib. Bu zaman N.Mustafayevin üzərində təxminən 250 min dollar pul olub. Pulları götürüb qaçan N.Mustafayev naməlum şəxslər tərəfindən tutularaq bıçaqlanıb və hadisə yerində dünyasını dəyişib.

 

Bildirilir ki, N.Mustafayevin yanında olan gürcü dostu cinayətkarları gördüyündən, təhlükəsizlik məqsədilə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar