Gürcüstanda `donuz qripi`nə yoluxma halı qeydə alınıb
09.12.2019 525 0
Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb.
Məlumata görə , bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub.
Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib.
Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər