Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib
12.12.2019 461 0
Gürcüstan parlamentinin iclas zalında insident baş verib.
Qazeta.info "Report"un xəbərinə istinadla bildirir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.
Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.
İclasda texniki fasilə elan olunub.
Bildirək ki, baş verən insidentdən sonra dörd nəfərin səhhətində problem yaranıb.Onların ikisi deputat, digər ikisi isə parlamentin əməkdaşıdır.
Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər