Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir
02.09.2019 484 0.0 0

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.

Qazeta.info “Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar