Gürcü valyutası da çökdü
23.02.2015 943 0
Fevralın 21-də Gürcüstanın milli pulu lari birdən-birə çöküb.
Məlumata görə haqqın.az saytının Gürcüstan müxbirinin verdiyi xəbərdə, ölkənin Milli Bankı açıqlama verib ki, 1 ABŞ dolları 2.1771 lari olub.
Bu xəbər vətəndaşları ümidsizliyə düçar edib, amma hökumətin "milli məzənnəni heç nə hədələmir" açıqlaması əhalidə inam yaradıb.
İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili "çətin vəziyyətdir, amma bu yaxın vaxtlarda öz həllini tapa bilər", deyə açıqlama verib: "Heç kimdə şübhə olmasın ki, ölkədə maliyyə sabitliyi bərpa ediləcək".
Nazir keçirdiyi müşavirəyə iqtisadi blokun bütün üzvlərini toplayıb. Lakin toplantıda nə barədə müzakirələr aparıldığı ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər