Günahsız yerə 39 il həbsdə qaldı, milyoner oldu VİDEO
21.03.2015 778 0.0 0

ABŞ-da işləmədiyi cinayətə görə, 39 il həbsdə qalan Rikki Ceksonun təzminat tələbi ilə qaldırdığı iddia təmin olunub. 

Məlumata görə, ABŞ Ədliyyə nazirliyinə qarşı qaldırılan iddia barədə Ohayo məhkəməsi ötən gün yekun qərarını verib. 

Bu qərara əsasən ABŞ dövləti 39 il günahsız yerə həbsdə qalan Rikki Ceksona 1 milyon dollar təzminat ödəyəcək. 

Qərarı eşidən Ceksonun reaksiyası isə həm həyəcanlı, həm də sevincli olub: 

“Vaov! Bu çox əla bir xəbərdir” – deyə zərərçəkmiş sevincini gizlədə bilməyib. 

59 yaşlı Riki Cekson 1975-ci ildə Harold Franksı öldürməkdə ittiham olunmuşdu. Həmin tarixdə Ceksonun 39 il günahsız yerə həbs olunması üçün 13 yaşlı uşağın şahidliyi kifayət eləmişdi. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar