Günəşdən gələn təhlükəyə hazır olun
17.12.2015 664 0.0 0

Ötən gecə Günəşdə üç partlayış qeydə alınıb. 

Məlumata görə, günəşdə baş verən partlayış nəticəsində Yer kürəsinə koronal kütlələrin düşəcəyi deyilir. Bu barədə Qelioqeofizik Xidmətindən məlumat verilir.

Xidmətdən o da qeyd olunur ki, Günəşdə 3 ləkə aşkarlanıb. Birinci ləkə Bakı vaxtı ilə saat 13:24 radələrində müşayiət olunub. 
Partlayışın güclü olması buradan çoxlu sayda koronal tullantıların yaranmasına və bunların da Yer kürəsinə düşməsinə səbəb olub. 

Kosmik hava proqrozuna əsasən, dekabrın 17-18-də Günəşdə alovun fəallaşması da gözlənilir. Ayın 17-si Yer kürəsində bununla bağlı geomaqnit qasırğası da gözlənilir. Qasırğanın ilk gün sakit olacağı deyilsə də, ayın 18-də, yəni ikinci günündə fəallaşacağı vurğulanır. 


Günəş partlayışının rentgen şüalarının gücündən asılı olaraq 5 yerə bölünəcəyi söylənilir. Bunlar: A, B, C, M, X-dır. Hər hərfə keçid vaxtı partlayışın gücü daha da böyüyür.

Ötən ildə də Günəşdə analoji hal baş verib. Həmin vaxt Günəş diskində 140-a yaxın Günəş ləkəsi və 7 aktiv ləkə qrupu müşahidə olunub. Bunların siyahısında 1982 nömrəli Günəş ləkəsi daha fəal olub, onun maqnit quruluşu həm mürəkkəb, həm də geoeffektiv vəziyyətdə yerləşib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar