Günəşdə güclü partlayış: NASA xəbərdarlıq etdi
27.06.2015 713 0.0 0

Günəşdə növbəti güclü partlayış baş verib.

Məlumata görə, NASA partlayışın təsirinin həftəsonu Yerə çatacağı və 27-28 iyunda silsilə maqnit qasırğalarına səbəb olacağı ilə bağlı məlumat yayıb. 

Məlumatda deyilir ki, SDO orbital rəsədxanası ötən gün saat 04:00 radələrində Günəşdə yeni partlayışın başladığını qeydə alıb. Partlayışın gücü M7.9. səviyyəsində müəyyənləşdirilib.

Bir neçə gündən sonra Yerdə zəif, ancaq hiss edilə bilən geomaqnit qasırğası başlayacaq.

Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq 5 sinfə bölünür: A, B, C, M və X. Yer orbitində bir kvadratmetr sahəyə düşən 10 nanovat şüalanma gücü minimal A0.0. səviyyəsinə uyğun gəlir. Növbəti sinfə keçiddə şüalanma gücü 10 dəfə artır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar