Gümüş medal sahibi: Özümü rəqibimdən zəif hesab etmirəm
19.05.2017 562 0.0 0

Vətəndə medal qazanmaq sevindirici haldır.

Məlumata görə, bunu Bakıda keçirilən "Zəfər günləri" çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanmış Rafiq Hüseynov (80 kq) deyib.

Onun sözlərinə görə, məqsədi medal qazanmaq olub və bu məqsədinə çatıb: "Yunan-Roma güləşi digər idman növlərindən fərqlənir. Burada daha çox zədələr olur. Final görüşüm normal keçdi, lakin hakimlər düzgün qərar qəbul etmədilər, müəmmalı qaldı. Mən özümü rəqibimdən zəif hesab etmirəm və ondan zəif də döyüşmədim. Amma, qazancım qızıl medal olsaydı, daha yaxşı olardı".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar