Güllələnən azərbaycanlı avtoritet xəstəxanadan qaçdı
05.09.2017 1041 0.0 0

Bir müddət əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan “Rəşad Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib. Rusiya KİV-ə istinadən verilən məlumata görə, o, bir sıra cinayətdə ittiham olunur.

 

Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər.  Onların ilkin ifadələrindən sonra  hüquq-mühafizə orqanları “Raşad Gəncinski” barəsində axtarış elan edib.

 

Bildirək ki Lent.az-a “Gəncinski” ilə bağlı maraqlı məlumat daxil olub.  Əməkdaşımızın xahişiylə Suxumidə fəaliyyət göstərən həmkarlarımızdan biri “Rəşad Gəncinski”nin müalicə aldığı xəstəxanayla əlaqə saxlayıb. Məlum olub ki, ayağından yaralanan Rəşad müalicəni sona qədər gözləməyib. Xəstəxanadan həmkarımıza bildirilib ki, o, gecə qəfil xəstəxananı tərk edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar