Güləşçimiz İslamiadanı gümüş medalla başa vurdu
19.05.2017 527 0
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz gümüş medal qazanıb.
Trend-in məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Məhəmməd Müslümov həlledici görüşdə iranlı Meysam Nasiri ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma M.Nasirinin qələbəsi ilə başa çatıb - 3:5.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər