Gülənin ən yaxın adamı türk kəşfiyyatına işləyir?
06.04.2017 837 0
FETÖ-nun Hərbi Hava Qüvvələrindəki imamı olaraq bilinən Adil Öksüz Milli İstehbarat Təşkilatına (MİT) işləməyib.
Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, bu barədə MİT CHP lideri Kamal Kılıçdaroğlunun iddialarına cavab olaraq məlumat yayıb.
“Adil Öksüz MİT-in terror qruplaşması içərisindəki mənbəyi olmayıb. Onun necə azadlıqda olması məhkəmənin işidir və lazımi araşdırmalar aparılır”, - deyə qurumun bəyanatında bildirilib.
Qeyd edək ki, Kılıçdaroğlu NTV-yə açıqlamasında Öksüzün kəşfiyyata işlədiyini iddia etmişdi.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər