Gülən Türkiyəyə qayıdacağına söz verdi, əgər...
19.07.2017 1247 0.0 0

FETÖ terror təşkilatının başçısı Fətullah Gülən ABŞ prezidenti Donald Trampın onu Türkiyəyə iadə edəcəyi təqdirdə, qaçmayacağına və ölkəsinə qayıdacağına söz verib.

Məlumata görə, F.Gülən bu barədə Misir qəzetlərində birinə verdiyi müsahibə zamanı danışıb.

O, Türkiyədə 15 iyul çevrilişinin təşəbbüsünün kimdən gəlməsi üzərinə konkret olaraq kimisə günahlandırmadığını, ancaq bir qrup milliyyətçinin bunu etmiş ola biləcəyini söyləyib.

F.Gülən 15 iyul hadisələrinin gerçək bir hərbi çevriliş və ya sistematik bir oyun olmasına rəğmən, Ərdoğana qarşı yeni bir hərbi çevriliş gözləmədiyini deyib.

O, çevrilişi FETÖ-nün etməsi iddialarına rəğmən, əsla belə bir çevriliş hərəkatını qəbul etməyəcəyini vurğulayıb./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar