Hazırda Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı real təhlükə sayılan Fətullah Gülən barədə şok faktlar açıqlanıb.
Məlumata görə, AKP hökümətinə yaxınlığı ilə seçilən "Yeni Şafak" qəzeti çevrilişə cəhddə ittiham olunan "paralel hökumət"in lideri Fətullah Gülənin mason olması, "Mossad" və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrini ifşa edən sənədlər yayıb.
Qəzetin iddiasına görə, özünü dini lider və ilahiyyatçı alim kimi təqdim edən Gülən əsgərlikdə olan zaman masonlarla əlaqə yaradıb. Bu əlaqələri hesabına Moon təriqəti, "Mossad" və MKİ-nin diqqətinə düşüb. Hazırda Gülən və tərəfdarlarının yaratdığı şəbəkə də ABŞ kəşfiyyatının tövsiyyələri hesabına yaradıldığı iddia olunub.
Həmçinin Gülənlə Mason Lojası arasındakı yazışmaları təqdim edən "Yeni Şafak" ABŞ-a sığınan din xadimin masonluq andı içdiyini bildirib.
Qəzet yazır ki, Gülən etdiyi xidmətlərə görə Mason Lojası tərəfindən medalla təltif olunub.
Əvvəllər AKP höküməti ilə müttəfiq olan Gülən tərəfdarlarının buna cavabı necə olacağı maraqla gözlənilir./anspress/