Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb
01.01.2016 514 0
Ölkənin şimal regionuna yağan güclü qar yollarda bir sıra problem yaradıb.
Məlumata görə, yolun 32-ci km-dən Xınalıq istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşıb. 6 saylı Yol İstismar Sahəsindən bildirilib ki, hazırda ərazidə idarənin canlı qüvvəsi və texnikası işləyir.
Çovğunla müşayiət olunan güclü qar təmizləmə işlərini çətinləşdirir.
Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 38
sm, temperatur isə mənfi 13 dərəcə olub. Ümumilikdə şimal regionunun dağlıq ərazilərində 25-38 sm, dağətəyi ərazilərə 5-15 sm qar yağıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər