Güclü külək dağıntılara səbəb oldu
20.01.2016 555 0
Daşkəsən rayonunda əsən güclü külək bir neçə yaşayış binasının dam örtüyünü yararsız hala salıb. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Bildirilib ki, ötən gün günorta saatlarından əsməyə başlayan güclü külək rayonun mərkəzində və Alünitdağ qəsəbəsində təxminən 8-ə yaxın iki mərtəbəli yaşayış binasının dam örtüyünü dağıdaraq yararsız hala salıb. Bundan başqa, sözügedən ərazilərdə külək elektrik dirəklərini aşırdıb və əhali elektrik enerjisizi qalıb.
Aparatdan bildirilib ki, külək rayonun kəndlərinə də ziyan vurub. Məlumata görə, hazırda rayon Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində işlər aparır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər