Gömrük Komitəsi sərhəddə yaranmış tıxacın səbəbni açıqlayıb
17.08.2015 784 0
Son iki gündə Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində avtomobil yığılmış və tıxac yaranmışdır.
Qazeta.info Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olmuşdur. Hazırda problem aradan qaldırılmış və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilmişdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər