Gömrük idarəsindən sahibkarlarla bağlı açıqlama (VİDEO)
09.01.2016 566 0.0 0

Ölkə başçısı hökümətin son müşavirəsində dövlət orqanlarının sahibkarlara yardım göstərməsi, onların işlərini asanlaşdırması ilə bağlı konkret olaraq göstərişlər verdi.

Gömrük orqanları sahibkarlar işləyən ən yaxın təmasda olan orqanlardan biridir.

Bakı Baş gömrük idarəsinin rəisi  Vüsal Novruzov ANS-in sualların; cavablandırıb.

Bakı Baş gömrük idarəsi işlərini necə qurur?

- Məhz ölkə başçısının məlum çıxışından sonra bəzi idxal fəaliyyətləri üzrə bir sıra lisenziyalar və sertifikatlar ləğv edildi. Bəzilərinin də alınmasında qaydaları sadələşdirildi. Bu da öz növbəsində “bir pəncərə sistemi”nin tətbiqində gömrük rəsmiləşdirilməsi zamanı asanlaşdırmaqla yanaşı həm də vaxta qənaət olunmasına şərait yaratdı. Qeyd edim ki, xarici iqtisadiyyat fəaliyyət iştirakçısı gömrük bəyannaməsi tərtib edib gömrük əməkdaşına təqdim etdikdən 20 dəqiqə ərzində gömrük bəyannaməsi rəsmiləşdirilərək təkrarən vətəndaşa qaytarılır.

- Sahibkarlar tərəfindən ANS-ə müraciətlərdə d' görünür ki, yenilikləri tətbiq edirsiniz. Sahibkarlar bunu necə qarşılayırlar?

– Bakı Baş gömrük idarəsi olaraq ilkin bəyannamənin tətbiqinə başlamışıq. Pilot layihəsi olaraq Bakı Baş gömrük idarəsi nəznində Sahil gömrük postu fəaliyyət göstərir. Bu postda biz pilot layihə kimi ilk bəyannaməni tətbiq etdik. Bu isə ondan ibarətdir ki, hər hansı bir yük ölkə ərazisinə daxil olarkən sərhəddə müvafiq sənədlər onlayn sistemə daxil edilir, nəticədə sənədlər bu sistemdə öz əksini tapır. Bundan sonra biz dərhal ilkin bəyannamənin tərtib olunmasına başlayırıq. Avtomobil yolda olarkən artıq bəyannamə hazır olur. Avtomobil gömrük terminalına daxil olan zaman isə yükün boşalmasını təmin edirik./anspress/

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar