Girovlarımız məktub göndərdi
16.03.2015 674 0.0 0

Erməni separatçılarının Kəlbəcərdə girov götürdükləri Şahbaz Quliyev və Dilqəm Əsgərov doğmalarına məktub yollayıblar. 

Bu barədə  girovların yaxınları məlumat verib.

Girovların yaxınlarının verdiyi məlumata görə, budəfəki məktubun məzmunu digərlərindən fərqlənmir. Dilqəm Əsgərov yaxşı olduğunu və hər kəsə salam göndərdiyini yazıb. Dilqəm həyətlərində ağac əkməyi tapşırıb. 

Şahbaz Quliyev isə məktubda anasına salam yollayıb.

“O, sağlamlığının qaydasında olduğunu yazır. Əsasən anası, doğmalarına salam yollayıb. Qızı Elzanı soruşur, ona daim diqqət göstərməyimizi, marağlanmağımızı qeyd edir", - deyə Şahbaz Quliyevin bacısı İradə xanım bildirib. 

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar