Girov prokuror öldü
01.04.2015 799 0
İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib
Məlumata görə, terrorçular tərəfindən girov götürülən prokuror Mehmet Səlim Kiraz polisin xüsusi əməliyyatı zamanı azad olunarkən yaralanmışdı.
O baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı.
Xəstəxanada əməliyyat edilən prokurorun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə mətbuatı Səlim Kırazı şəhid kimi təqdim edib.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.
Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər