girov götürülən türklər azad edilib
30.09.2015 599 0.0 0

Bu il sentyabrın 1-də İraqda girov götürülən türk fəhlələr azad olunub.

Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. Hazırda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında iştirak edən Davudoğlu “twitter” səhifəsində yazıb ki, Türkiyə vətəndaşı olan 16 fəhlə Türkiyənin İraqdakı səfirliyinə təhvil verilib: “Onlardan bəziləri ilə telefonla danışdım, səhhətləri yaxşıdır. Ən yaxın zamanda vətənlərinə qayıtmaları üçün tədbirlər görülür”.
Türk fəhlələrin hansı şəkildə azad olunduqları açıqlanmayıb.
Qeyd edə ki, fəhlələr işlədikləri inşaat sahəsindən maskalı silahlı şəxslər tərəfindən oğurlanmışdılar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar