GİROVLARA ÖLÜM HÖKMÜ TƏLƏB OLUNUB
02.11.2014 1645 0
Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmuş Eçmiadzin quldur dəstəsinin üzvü, sonradan buna görə heç bir hərbi təhsili olmadan general çininə çatdırılmış Manvel Qriqoryan ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıları güllələməyi tələb edib.
Məlumata görə, həm də erməni parlamentinin deputatı olan Qriqoryan bu barədə İrəvanda söhbət etdiyi jurnalistlərə bildirib.
Xatırladaq ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb.//ANS PRESS
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər