Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtın Yasamal rayonu ərazisində guya valideyni hüquq-mühafizə orqanlarında işləyən və general ali xüsusi rütbəsi daşıyan şəxsin idarə etdiyi avtomobili həmin ərazidə xidmət aparan polis əməkdaşlarının üstünə sürərək onlara xəsarət yetirməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumata aydınlıq gətirib.
Məlumata bildirilir ki, yayılan məlumat işin hallarına uyğun deyil.
Belə ki, 25 iyul 2015-ci il tarixdə saat 17 radələrində Yasamal rayon sakini, 1994-cü il təvəllüdlü Hətəmov Elçin Elşad oğlu rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Arif Qasımov və Tariyel Mahmudovun yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuni tələblərinə tabe olmayaraq sonunculara təpik və yumruqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək xəsarətlər yetirməsində kifayət qədər əsaslı şübhələr olduğundan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Hətəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Göstərilənlərlə yanaşı məlumatda bildirilir ki, E.Hətəmovun valideynləri hüquq-mühafizə orqanlarının əməkdaşı deyil və heç bir ali xüsusi rütbə daşımırlar.
Azərbaycanın Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək/anspress/