General Nizami Məmmədov həbs olunub
02.03.2022 439 0.0 0

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.

Qazeta.info APA-ya istinadla xəbər verir ki, general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Əlavə olaraq bildiriək Azpolitika.info Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 600 m18 min) mənimsəmə cinayətlərində ittiham edildiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyinin Maliyyə idarəsində xüsusilə külli miqdarda mənimsəmə faktlarına görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilməsi haqda məlumat yayılmışdı. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar