General Akif Çovdarov qandallandı
15.11.2015 1155 0.0 0

Səbayel Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbayel Rayon Məhkəməsinin binasına gətirilib.

Virtualaz.org saytının hazırda məhkəmə binasının önündə olan müxbirinin verdiyi xəbərə görə, məhkəmə generalın həbsinə dair təqdimatı nəzərdən keçirib.

General Çovdarov həddən artıq əzgin və dilxor görünüb, ümidini itirmiş adam təsiri bağışlayıb.

Məhkəmə prosesi qapalı şəkildə keçirilib.


Virtualaz.org saytı xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib./musavat.com/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar