Gediş haqqı qalxır?
12.05.2015 744 0.0 0

"“Baku Bus” avtobusları və həmçinin digər MMC-lərin avtobusları eyni qiymətlə xidmət göstərəcək”. 

Məlumata görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bəzi avtobuslarda qiymətlərin artacağı ilə bağlı suallara aydınlıq gətirərkən deyib. 

O bildirib ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir və ona görə də bütün avtobuslarda eyni qiymət tədbiq edilir. 

Nazir müavini vətəndaşlara bu avtobuslarla bağlı müraciət də edib: “Bu avtobuslar çox müasir və yenidir. Avropada belə bu cür avtobuslar azlıq təşkil edir. Vətəndaşlardan xahiş edirik ki, bu avtobuslara çox diqqətli yanaşsınlar və qorumağa çalışsınlar”.

Qeyd edək ki, mətbuatda “Baku Bus” MMC-yə məxsus avtobusların saxlanma xərcləri yüksək olduğu üçün qiymətlərin artacağı barədə məlumat yayılmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar