GEDİŞ-GƏLİŞ PULSUZ OLACAQ
16.01.2015 889 0
20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-də Tədbirlər Planı hazırlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumatda görə, qeyd edilən tarixlə bağlı Abşeron şəhərətrafı zonada yanvarın 20-də saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Tədbirlər Planına əsasən, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.
Eyni zamanda anım günü “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
20 yanvar tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.//APA
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər