Gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsi təmin olunub
23.07.2015 590 0.0 0

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 489 min 400 manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub

   Qazeta.info Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadla bildirir ki, ƏƏSMN  yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək qanunvericiliyindən irəli gələn tələblərə əməl olunmasına, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə gecikdirilmədən, vaxtlı-vaxtında ödənilməsinin təmin olunmasına dövlət nəzarəti tədbirlərini cari ilin yanvar-iyun aylarında da uğurla davam etdirib. 
   Hesabat dövründə ümumilikdə 489402 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib ki, bu da ötən ilin ilk yarımili ilə müqayisədə 2,1 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 413969 manatı əmək haqlarından, 8278 manatı zərərə görə ödənclərdən, 67155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub. 
   Bu sahədə yol  verilmiş nöqsanlara görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Bununla yanaşı, son 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar