Gecə pis yatanlar mütləq oxusun
12.12.2021 445 0.0 0

ScienceDayli xəbər verir ki, Kolumbiya Universitetinin alimləri yuxu ilə bağlı olan çox maraqlı araşdırmalar aparıblar.

Alimlər yuxunun insanın qidalanması ilə əlaqəsini öyrəniblər. Araşdırmada 30-a yaxın orta yaşlarda olan insanlar iştirak ediblər.
Araşdırmalar nəticəsində məlum olub ki, çoxlu miqdarda qidalı liflərlə zəngin olan qidaları (meyvə, tərəvəz, göyərti və s.) qəbul edən insanların gecə yuxusu daha yaxşı olur - onlar daha tez yuxuya gedir, daha rahat yatırlar.

Əksinə qidalanmasında az qidalı liflər və çoxlu yağlar və şəkər olan insanlar daha pis və narahat yatır, gecə tez-tez oyanırdılar.    

Alimlərin fikirinə görə, qidalanmada müəyyən dəyişikliklər etməklə yuxunu tənzimək mümkündür. Bunun üçün qidalanmaya daha çox meyvə-tərəvəz əlavə etmək, yağlı və şirin qidaların miqdarını azaltmaq lazımdır. /milli.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar