«Əgər Moskva Qarabağı Ermənistana versə...»
18.04.2016 966 0.0 0

"Sovet hakimiyyəti qurulan kimi münaqişələr başladı. Əgər Sovet hakimiyyəti çar Rusiyasının ərazi bölgüsünü dəyişdirməyə başlamasaydı, onda Qarabağda münaqişə olmazdı. Azərbaycanlılar və ermənilər arasındakı düşmənçilik də  Türkiyədəki "qətliamla" bağlıdır".
Bunu Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski söyləyib. O bildirib ki, bu münaqişəni iki tərəf həll edə bilməz. Bu münaqişəni nə Minsk qrupu, nə fransızlar, nə də amerikalılar da həll edə bilməyəcək. Problemin həllində son qəti qərarı ancaq Rusiya prezidenti verə bilər. 

Onun sözlərinə görə, Rusiya həmişə farslarla və türklərlə bu regionda vuruşurdu, həmçinin erməniləri müdafiə edirdi. "Biz Azərbaycanı almamışıq. İran şahı rus səfirinin qətli müqabilində kompensasiya kimi Azərbaycanı bizə verib".
Jirinovski Ermənistana və Azərbaycana Rusiya tərkibinə qayıtmağı məsləhət görüb. O deyib ki, əgər belə olmasa, onlar hələ min il də savaşacaqlar.
RLDP sədri qeyd edib ki, əgər Moskva Qarabağı Ermənistana vermək barədə qərar qəbul etsə, onda Azərbaycan Türkiyə ilə hərbi müqavilə imzalayacaq və Türkiyə hərbi bazaları Dağıstanla sərhəddə yerləşdiriləcək. 

Partiya sədri növbəti dəfə sərsəm bəyanat səsləndirməkdən də yayınmayıb. O deyib ki, Rusiya Kürdistanın yaradılmasını dəstəkləməlidir və Qərbi Ermənistana erməni torpaqları qaytarılmalıdır. O zaman Qarabağ məsələsi avtomatik həll olunacaq. "Bu, 21-ci əsrin ortalarına olan tapşırıqdır"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar