“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gözəl yurdumuz - Gənc Fotoqrafların gözü ilə” adlı layihəsi həyata keçirib
Layihə çərçivəsində Cənub bölgəsinin 7 rayonundan (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları) 14 gənc fotoqraf 2 gün müddətinə Lənkəran şəhərində “Fotoqrafiyanın əsasları” adlı təlimdə iştirak etmişlər.
Təlim iştirakçıları növbəti 2 gündə (cəmi 4 gün) təmsil etdikləri rayonlarda foto şəkillər çəkməklə nəticədə mövzu üzrə həm nəzəri, həm də praktik məlumat almışlar.
Təlimlər Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu ilə yanaşı Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran şəhər H.Əliyev mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.