Gəncədə qadın abort zamanı ölüb
04.01.2017 1161 0.0 0

Gəncədə ölüm hadisəsi baş verib.

Məlumata görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində qeydə alınıb. Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı abort zamanı ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar