Gəncədə maskalı şəxslər kafedra müdirinin evinə basqın edib
06.01.2016 498 0.0 0

 
 Gəncə şəhərində mənzilə basqın edən şəxslər tutulub.
 
DİN-in saytına istinadən verilənməlumata görə, yanvarın 5-də Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk edib. Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov saxlanılıblar. S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana götürülüb.

Gəncədə yaşayış evinə maskalı şəxslərin basqın etməsi ilə bağlı yeni fakt ortaya çıxıb.
 
Xatırladaq ki, basqına məruz qalan Qəmbər Abdullayev Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri vəzifəsində çalışır.
 
Faktla bağlı araşdırma aparılır. 
/apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar