Gəncə avtomobil zavodu üçüncü ölkələrə məhsul ixracına hazırlaşır
28.12.2016 689 0
“Gəncə avtomobil zavodu keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”.
Məlumata görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.
"Gəncə avtomobil zavodu Azərbaycanın ən böyük müəssisələrindən biridir. Biz artıq üçüncü ölkələrə məhsul ixracı ilə bağlı yeni mərhələyə keçirik. Müəssisəyə Belarusda yığılan yekun məhsullar üçün aqreqatlar da göndərilir. Bu birgə layihənin böyük perspektivləri var", - deyə G.Axramoviç vurğulayıb.
Səfir müəssisədə traktorlarla yanaşı, avtobusların da istehsalının genişləndiyini bildirib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər