Türkiyəyə məxsus gəmidə 5 il bundan əvvələ aid 4 cəsəd tapılıb.
Məlumata görə, cəsədlər Türkiyəyə məxsus dəmir daşıyan yük gəmisinin Çində yoxlanılması zamanı tapılıb və Hatayın İsgəndərun əyalətinə göndərilib.
Belə ki,3 il bundan əvvəl türk şirkəti tərəfindən satın alınan 30 min 85 qrostonluq "IDC Pearl" adlanan, 5 il boyunca ölkələrarası yük daşıyan gəmi Çinə texniki baxışdan keçirilmək üçün göndərilib. Baxış zamanı gəminin motor ambarından 4 çürümüş insan cəsədi aşkarlanıb.
Cəsədləri Çin höküməti qəbul etmədiyi üçün Cənubi Koreyadan dəmir yükləyən gəmi Türk hökumətinin tələbi ilə İsgəndərunda saxlanılaraq, araşdırmalara başlanılıb.
Kimliyi məlum olmayan şəxslərin 5 il bundan qabaq öldüyü bildirilir.
Cəsədlərin tapıldığı gəmi
Ehtimal edilir ki, bu cəsədlər ya motor ambarında çalışan işçilərə ,ya da qeyri-qanuni yollarla ölkədən çıxmaq istəyən miqrantlara aiddir./anspress/
Cəsədlərin aşkarlandığı gəminin videosu