Gəlinin bıçaqladığı əmi öldü
12.02.2016 707 0.0 0


Bakıda 16 gün əvvəl qohumu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb. Qazeta.info bildirir ki, Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 27-də Bakı şəhər sakini, 32 yaşlı Aygün Ələkbərova yaşadığı evdə 1956-cı il təvəllüdlü Hökməli Fətəliyevə bıçaqla xəsarət yetirib. Faktla bağlı Xətai Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən Aygün Ələkbərova Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hökməli Fətəliyev fevralın 11-də aldığı xəsarətdən xəstəxanada ölüb. Bu səbəbdən də başlanmış cinayət işi həmin məcəllənin 126.3-cü (qəsdəm sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
 
Hazırda başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, qətlə yetirilən Hökməli Fətəliyev Aygün Ələkbərovanın həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar