Gədəbəydə kişi keçmiş arvadının başını kəsib
06.10.2017 735 0
Gədəbəydə qətl hadisəsi törədilib.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.
Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.
Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər