«G-20» sammitindən pişiklər keçdi (VİDEO)
16.11.2015 631 0.0 0

Ötən gün Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələri liderlərinin sammiti öz işinə başlayıb.

Məlumata görə, iki gün davam edəcək sammitin gündəliyinə qlobal iqtisadi məsələlər, habelə terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib. 

Ötən gün başlayan sammitdə qeyri-adi görüntülər qeydə alınıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə liderlərini qarşıladığı və birlikdə ailə fotosunun çəkdirildiyi platformada qəfildən pişiklər peyda olub. Hardan gəldikləri məlum olmayan 3 pişik sağ tərəfdən girdikləri səhnədə bir az vurnuxduqdan sonra sol tərəfdən çıxıb gediblər. Bu mənzərə liderlərin gülüşünə səbəb olub. Xüsusilə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameronun pişiklərə baxaraq güldüyünü əks etdirən foto mətbuatda yayılıb. 

 

Əcnəbi jurnalistlər isə bu mənzərəni çəkib sosial şəbəkələrdə paylaşaraq bütün dünyaya yayılmasını təmin ediblər. 

 

Sammitin yekununda terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir. 

Türkiyə sammitə hazırlığa aylar öncədən başlayıb

Sammitinin keçirildiyi Bələk kurort ərazisində bğyük təhlükəsizlik tədbirləri həyata keçirilir. Sammitdə iştirak edəcək ölkə başçıları və onların müşayiət edən qrup xüsusi mühafizə olunan "qırmızı sahədə" qalırlar. Burada yerləşən otellərin ətrafında yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür. Bura yalnız xüsusi buraxılış vərəqələri ilə keçmək olar. Bu günlərdə dünya liderlərinin yaşadığı otellərə adi turistlər buraxılmır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar