G-20-nin ən qəribə qonağının sirri açıldı (VİDEO)
18.11.2015 760 0.0 0

Həftəsonu Türkiyənin Antalya şəhərində keçirilən G-20 liderlərinin zirvə toplantısı zamanı çəkilən ən qəribə videonun, daha doğrusu sammitin ən qəribə qonağının sirri açıldı. Məlumata görə, bəziləri onun "təcrübəsiz cəsus" olduğunu iddia edir, bəziləri prezidentlərin danışığını dinləməyə çalışdığını, bəziləri isə iki supergücün lideri Obama və Putinlə selfi çəkdirməyə cəhd etdiyini düşünürdü. Amma həqiqət tamamilə fərqli olub. 

ABŞ və Rusiya liderlərinin görüşü bu dəfə ənənədən kənar olaraq böyük salon yerinə otelin lobbisində baş tutub. Obama və Putin lobbidə bir masa arxasında söhbət ediblər. Onların yanında isə tərcüməciləri olub. Bu zaman çiynində çanatası olan bir şəxs qabağa-geri gedərək qəribə hərəkətlər edir, dayanıb kameraya baxırdı. Sanki kameraların liderləri çəkməsinə mane olmağa çalışırdı. 

 

 

G-20-dəki ən qəribə adam


Sən demə bu şəxs Ağ evin əməkdaşı olub. Duncan Teater adlı şəxs Obama-Putin danışığı zaman bir kameranın onları çəkdiyini görüb. O, kamera ilə liderlərin arasına girərək onların danışıqlarının dodaq hərəkətindən oxunmasına mane olmağa çalışıb. Amma düzgün yerdə dayana bilmədiyi üçün buna nail ola bilməyib. 

Bu gerçəyi isə G-20-də iştirak edən jurnalist Dilay Yalçın açıb. "O indi internetin ulduzu olduğunu bilir və bu vəziyyətdən çox şad deyil. 50 dəfə onunla selfi çəkdirmək istədiyimi dedim. Amma razılaşmadı". /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar