Əfvin icrasına başlanıldı
19.03.2015 737 0
Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
Məlumata görə, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.
Qeyd edək ki, əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, "Nida" hərəkatının üzvü Orxan Əyyubzadə, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, ilahiyyatçı Anar Qasımlı, fəallar Ramil Vəliyev və Orxan Eyyubzadə də var. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər