Əfv Komissiyasının növbəti iclası yekunlaşdı
02.02.2018 752 0.0 0

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə komissiyanın üzvü Əlməmməd Nuriyev deyib. Ə.Nuriyev bildirib ki, bu günkü iclasda da əfvlə bağlı müraciətlərə baxılıb, müzakirələr aparılıb.

Ə.Nuriyev komissiyanın növbəti iclasının vaxtının hələ təyin edilmədiyini qeyd edib.

Qeyd edək ki, komissiyanın 30 yanvar tarixində keçirilən iclasında əfvlə bağlı 100-dək müraciətə baxılıb.

Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar