Əfv Komissiyası 450 müraciətə müsbət rəy verib
11.03.2017 614 0.0 0

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyev bildirib ki, iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-nə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb.

Sonda tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq, ölkə başçısına təqdim olunacaq.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar