əfv gözlənilir
18.04.2015 724 0
"May ayında əfv olması gözləniləndir".
Məlumata görə, bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Əliməmməd Nuriyev "Azadlıq" radiosuna müsahibəsində bildirib.
O, mayda əfv sərəncamının imzalanmasını istisna etməyib: "Əlbəttə, bu, prezidentin səlahiyyətinə aiddir. Amma biz bunu gözləyirik və arzulayırıq".
Əliməmməd Nuriyev siyahının təqdim edilməsi barədə sualı da cavablandırıb: "İşçi Qrup daxil olan müraciətlərlə bağlı məlumatları Əfv Komissiyasına göndərir".
Qeyd edək ki, prezident İlham Əliyev sonuncu dəfə ötən ayın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilmişdi./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər