Füzuli Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinə hökm oxunub
13.06.2016 893 0
Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, Ş. Hacıyev məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir.
Səbail rayon Məhkəməsinin qərarı ilə Ş, Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər