Futbol üzrə Azərbaycan çempionu məlum olub
16.04.2017 779 0.0 0

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

 

Medalların taleyinə aydınlıq gəlməsi baxımından hər iki matç həlledici olub.

 

İlk görüş Gəncədə baş tutub. “Kəpəz”in qonağı olan “Qəbələ” səfərdən məğlub dönüb. Oyuna sürətli başlayan Roman Qriqorçukun yetirmələri ilk hissədə ələ düşən imkanlardan yararlana bilməyib. Bir neçə epizodda qapı dirəyi, qapıçı və oyunçuların qeyri-dəqiqliyi hesabı açmağa mane olub. İkinci hissədə isə azarkeşlər komandaların qarşılıqlı hücumlarına şahidlik ediblər. Hesab isə 70-ci dəqiqədə açılıb. Rasim Ramaldanovla mübarizədən qalib ayrılan Julian Ebah topu qapıdan keçirib. Bundan sonra "qırmızı-qaralar" bərabərlik üçün irəli atılsa da, cavab qolunu vurmaq mümkün olmayıb. Əvəzində isə oyuna əlavə olunmuş 3-cü dəqiqədə matçın ən fəallarından olan Dario Federiko oyunda son nöqtəni qoyub.  Bununla da çempionluğa olan nəzəri şanslarını da çətinə salan "Qəbələ"dən fərqli olaraq "Kəpəz"in Avrokubok şansı davam edib.

 

Tura mərkəzi oyunla yekun vurulub. Artıq mükafatları təmin edən “İnter”lə “Qarabağ” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi qarşısında ilk məğlubiyyətini alıb. Bu nəticə isə ağdamlıların çempionluğu erkən elan etməsinə səbəb olub. Səfərdə 3 xal üçün qazanan Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsinə əsasən "Qəbələ" ilə fərqi 7 xala çatdırıb ki, bu da son iki tur öncəsi əlçatmaz olmaq deməkdir. Qazanılan 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyıb.

 

Azərbaycan Premyer Liqası

XXVI tur

16 aprel (bazar)

 

“İnter” – “Qarabağ” - 0:3

Qollar: Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar