Fuad Qəhrəmanlının həbs müddəti artırılıb
22.06.2016 559 0.0 0

Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
 
F. Qəhrəmanlının vəkili Yalçın İmanovun verdiyi məlumata görə, məhkəmə həbs qətimkan tədbirinin müddətini avqustun 8-dək artırıb. Y. İmanov qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
 
Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar